​Kərim Benzema 5 il müddətinə həbs oluna bilər

​Kərim Benzema 5 il müddətinə həbs oluna bilər Onun barəsində cinayət işi açılıb
Futbol
100
6 Noyabr , 2015 09:56
​Kərim Benzema 5 il müddətinə həbs oluna bilər

Bakı. 6 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema barəsində cinayət işi açılıb. "Report"un məlumatına görə, hücumçunun günahı sübuta yetirilərsə, ən az 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 O, Fransa millisində çıxış edən komanda yoldaşı Mateu Valbuenanı şantaj etməkdə şübhəli bilinir.

İddiaya görə, Valbuenanın intim məzmunlu videogörüntüləri Benzema və onun uşaqlıq dostu olan 3 nəfərin əlinə keçib. Nəticədə həmin 3 nəfər fransalı futbolçunu şantaj edərək 150 min avro tələb ediblər.

Qeyd edək ki, Kərim Benzema sözügedən hadisə səbəbindən noyabrın 4-də polis tərəfindən saxlanılıb və bir gün sonra sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi