Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu başa çatıb. "Report"un məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz"lə "Xəzər Lənkəran" arasında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 36-cı dəqiqədə Dario Federiko vurub. Qarşılaşmanı 15 minədək azarkeş izləyib. Onların arasında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də olub.
Bu qələbə sayəsində "Kəpəz" xallarını 14-ə çatdırsa da, elə 5-ci pillədə, 9 xala malik "Xəzər Lənkəran" isə 7-ci pillədə qalıb. Hazırda "İnter" - "Rəvan" matçı keçirilir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında IX turun ilk oyununda AZAL "Neftçi"ni məğlub edib - 2:1. Tura oktyabrın 25-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Xəzər Lənkəran" matçları ilə yekun vurulacaq.