"Kəpəz" - "Zirə" oyununda insident baş verib

"Kəpəz" - "Zirə" oyununda insident baş verib Meydan sahiblərinin kapitanı baş hakimin gözləri qarşısında idmançıya yaraşmayan hərəkətə yol verib
Futbol
13 Mart , 2017 16:07
Kəpəz - Zirə oyununda insident baş verib

Bakı. 13 mart. REPORT.AZ/ "Kəpəz" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXII tur matçında insident baş verib. "Report"un məlumatına görə, meydan sahiblərinin kapitanı Tural Axundov baş hakim Fariz Yusifovun gözləri qarşısında idmançıya yaraşmayan hərəkətə yol verib.

O, 43-cü dəqiqədə Amadu Sanqara qarşı kobud oynadığı üçün sarı vərəqə alıb. Lakin Axundov bundan sonra Sanqarın yanından keçərkən, yerdə olan fransalı yarımmüdafiəçini təpiklə vurub. Üstəlik, 29 yaşlı müdafiəçi "Zirə"nin müdafiəçisi Təmkin Xəlilzadə ilə söz savaşına çıxıb və onu itələyib. Lakin Yusifov Axundova ikinci sarı vərəqəni göstərməyib.

Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

Son xəbərlər

Orphus sistemi