"Kəpəz" - "Qəbələ" oyununda futbolçular arasında insident baş verib

"Kəpəz" - "Qəbələ" oyununda futbolçular arasında insident baş verib Nicat Qurbanov rəqib futbolçu Nika Kvekveskiriyə sillə vurub
Futbol
28 Fevral , 2017 16:23
Kəpəz - Qəbələ oyununda futbolçular arasında insident baş verib

Bakı. 28 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" görüşündə dava düşüb. "Report"un məlumatına görə, matçın 36-cı dəqiqəsində meydan sahibləri Şəhriyar Rəhimovun qolu ilə hesabı açdıqdan sonra hər iki komandanın üzvləri arasında mübahisə yaranıb.

Lakin tezliklə ara sakitləşib və "Qəbələ" topu mərkəzdən oyuna daxil edib. Ancaq 38-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Nika Kvekveskiri "Kəpəz"in futbolçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Qurbanov ayağa qalxaraq, gürcü futbolçuya sillə vurub. Nəticədə referi Əliyar Ağayev hər iki futbolçuya qırmızı vərəqə göstərib.

N.Qurbanov oyunu tərk etdikdən sonra tunelə aparan pilləkənlərdə oturaraq, ağlamağa başlayıb. N.Kvekveskiri isə çətinliklə meydandan çıxarılıb. 

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi