"Kəpəz" - "Qəbələ" oyunun keçirilmə yeri dəyişdirilib

"Kəpəz" - "Qəbələ" oyunun keçirilmə yeri dəyişdirilib Dəyişiklik "Kəpəz" klubunun müraciətindən sonra baş verib
Futbol
14 Dekabr , 2016 15:43
Kəpəz - Qəbələ oyunun keçirilmə yeri dəyişdirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun "Kəpəz" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qərar Gəncə klubunun müraciəti əsasında verilib.

Klub dekabrın 17-də Premyer Liqanın XIV turunda "Qəbələ", 4 gün sonra isə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab oyununu Gəncə şəhər stadionunda keçirəcəyi təqdirdə, meydanın ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib.

Bu səbəbdən, qurum "Qəbələ"nin razılıq məktubuna əsasən çempionat oyununu Qəbələ şəhər stadionuna təyin edib. Komandalar arasında keçiriləcək üçüncü dövrənin matçında isə meydan sahibi kimi “Kəpəz” klubu çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi