"Kəpəz" PFK-nın icraçı direktor vəzifəsinə təyinat olub

"Kəpəz" PFK-nın icraçı direktor vəzifəsinə təyinat olub “Kəpəz” Peşəkar Futbol Klubunda yeni təyinat olub.
Futbol
20 Sentyabr , 2019 11:01
Kəpəz PFK-nın icraçı direktor vəzifəsinə təyinat olub

“Kəpəz” Peşəkar Futbol Klubunda yeni təyinat olub. 

"Report" xəbər verir ki, klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun Mətbuat xidmətinə açıqlama verib: “İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.

Qeyd edək ki, "Kəpəz" hazırda I Divizionda çıxış edir. 4 oyundan 3 xal toplayan Gəncə təmsilçisi 10-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi