"Kəpəz"-"Neftçi" oyununda insident baş verib - FOTO

"Kəpəz"-"Neftçi" oyununda insident baş verib - FOTO Ramosla Şahin Diniyev arasında qarşıdurma yaranıb
Futbol
20 Dekabr , 2015 15:12
Kəpəz-Neftçi oyununda insident baş verib - FOTO

Bakı. 20 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasında 18-ci turun "Kəpəz"-"Neftçi" qarşılaşmasında insident bas verib.

"Report"un məlumatına görə, hakimin qərarına əsəbləşən "Kəpəz"in baş məşqçisi Şahin Diniyev auta çıxan topa zərbə vurub. Bu hərəkət "Neftçi"-nin 15 nömrəli oyunçusu Ramosun etirazına səbəb olub. Nəticədə Ramosla Şahin Diniyev arasında qarşıdurma yaranıb. Oyun bir neçə deqiqəliyinə dayandırılıb.

"Neftçi"-nin oyunçularının müdaxiləsi nəticəsində mübahisə dinc yolla bitib və Ramos Diniyevdən üzr istəyib.

Hazırda qarşılaşmanın ikinci hissəsi davam edir. "Kəpəz" Tərlan Quliyevin qolu ilə 1-0 hesabıyla öndədir.

Son xəbərlər

Orphus sistemi