“Kəpəz” komandası Bakıdan üç xalla dönüb

“Kəpəz” komandası Bakıdan üç xalla dönüb Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub
Futbol
7 Mart , 2016 07:11
“Kəpəz” komandası Bakıdan üç xalla dönüb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Paytaxtda oynanılan turun son matçında çempionatın autsayderi “Rəvan” “Kəpəz” klubunu qəbul edib. On turdu qələbə qazana bilməyən Bakı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Gəncə təmsilçisinin 3 qol vurduğu qarşılaşmada meydan sahiblərinin gücü yalnız təsəlli qoluna çatıb. Qonaqlar 17-ci dəqiqədə Kərim Diniyev, 29-cu dəqiqədə Namiq Ələsgərovun qolları ilə darmadağının əsasını qoyub. 57-ci dəqiqədə isə Juninyo fərqi üçə çatdırıb. Məmməd Quliyev 81-ci dəqiqədə təsəlli qoluna imza atıb - 1:3.

Beləliklə, xalını 36-ya çatdıran Şahin Diniyevin yetirmələri qalibiyyət sayəsində turnir cədvəlindəki beşinci yerini möhkəmlədib. “Rəvan” isə səkkiz xalla turnirin autsayderi olmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi