"Kəpəz" klubunda yeni təyinat olub

"Kəpəz" klubunda yeni təyinat olub Mətləb Məmmədov klubda uşaq futboluna rəhbərlik edəcək
Futbol
26 Dekabr , 2017 15:48
Kəpəz klubunda yeni təyinat olub

Bakı. 26 dekabr. REPORT.AZ/ “Kəpəz” futbol klubunda daha bir təyinat reallaşıb. 

"Report"un məlumatına görə, əvəzedici komandanın məşqçisi Mətləb Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin olunub. Onun vəzifəsi aşağı yaş qrupları üzrə komandalara nəzarət edib uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.

Məmmədov təyinatı ilə bağlı "kapazpfc.az"a açıqlamasında göstərilən etimadla əlaqədar klub rəhbərliyinə minnətdarlığını bildirib. O, ümidləri doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib: “Kəpəz” mənim üçün doğma klubdur. Burada oynamışam, karyeramı başa vurduqdan sonra məşqçi kimi də çalışmışam. Bu klubda işləmək, oynamaq hamı üçün böyük şərəfdir. Müəyyən fasilədən sonra yenidən doğma komandamıza döndüm. Həm əvəzedici heyətin məşqçisi, həm də uşaq futbolunun rəhbəri kimi “Kəpəz”ə xidmət göstərəcəm. Yaxşı futbol oynamağı bacaran oyunçular yetişdirməliyik ki, onlar da gələcəkdə komandamızın şərəfini layiqincə qorusunlar. Klubumuzun uğur qazanması üçün səylə çalışmalıyıq”. 

Son xəbərlər

Orphus sistemi