"Kəpəz" klubu yeni futbolçu ilə müqavilə bağlayıb

"Kəpəz" klubu yeni futbolçu ilə müqavilə bağlayıb "Şahin Diniyevin ümidlərini doğrultmağa çalışacağam"
Futbol
7 Fevral , 2017 16:18
Kəpəz klubu yeni futbolçu ilə müqavilə bağlayıb

Bakı. 7 fevral. REPORT.AZ/ Gəncənin “Kəpəz” klubu bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçi 68 nömrəli formada çıxış edəcək. 

Onunla cari mövsümün sonunadək müqavilə bağlanılıb. Nuri klubun rəsmi saytına açıqlamasında böyük tarixi olan kluba keçdiyini bildirib: "Buna görə çox şadam. Mənə etimad göstərən, inanaraq, komandaya cəlb edən baş məşqçi Şahin Diniyevin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”.

Qeyd edək ki, Əli Nuri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.

Son xəbərlər

Orphus sistemi