"Kəpəz"in baş məşqçisi və "Neftçi"nin futbolçusu cəzalandı

"Kəpəz"in baş məşqçisi və "Neftçi"nin futbolçusu cəzalandı “Kəpəz” futbol komandasının baş məşqçisi Yaşar Vahabzadə 5 oyunluq cəzalanıb.
Futbol
1 Dekabr , 2020 14:52
Kəpəzin baş məşqçisi və Neftçinin futbolçusu cəzalandı
Yaşar Vahabzadə

“Kəpəz” futbol komandasının baş məşqçisi Yaşar Vahabzadə 5 oyunluq cəzalanıb.

"Report"un məlumatına görə, səbəb kimi təcrübəli mütəxəssisin I Divizionda VII turun "Turan Tovuz"la ev oyununda hakimi təhqir etməsi göstərilib. AFFA İntizam Komitəsi Gəncə klubuna 400 manat cərimə də kəsib.

"Kəpəz" daha 80 manat cəriməni bu görüşdə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəməli olacaq. Qərb derbisi "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 3:2.

Turun “Zaqatala” – “Keşlə-2” oyununda isə topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulub. Nəticədə meydan sahibləri 80 manat cərimələnib.

“Qaradağ Lökbatan”la oyunun 81-ci dəqiqəsində “Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, Camalov 4 oyun cəzalanıb, klubu 320 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi