"Kəpəz"in baş məşqçisi: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır"

"Kəpəz"in baş məşqçisi: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır" "Çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq".
Futbol
14 Avqust , 2022 22:39
Kəpəzin baş məşqçisi: Azarkeşlərin məni istefaya səsləməsi normaldır

"Çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"yə 2:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfrasında deyib.

62 yaşlı mütəxəssis müdafiədən çıxış etmək istədiklərini söyləyib: "Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir".

Vahabzadə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim. Qulaqlarım yaxşı eşidir".

Baş məşqçi birinci qoldan sonra komandada psixoloji gərginliyin yarandığını söyləyib.

Son xəbərlər

Orphus sistemi