"Kəpəz" George Hacının komandası ilə qarşılaşacaq

"Kəpəz" George Hacının komandası ilə qarşılaşacaq Gəncə təmsilçisi Rumıniya “Viitorul”u ilə üz-üzə gələcək
Futbol
22 Dekabr , 2017 12:02
Kəpəz George Hacının komandası ilə qarşılaşacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın “Kəpəz” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.

“Report” xəbər verir ki, Gəncə təmsilçisi Rumıniyanın “Viitorul” komandası ilə qarşılşacaq. George Hacinin baş məşqçisi olduğu komanda ilə oyunun hansı tarixdə baş tutacağı bəlli deyil. Məlumatı Konstanta təmsilçisinin rəsmi saytı yayıb. 

Qeyd edək ki, “Kəpəz” 2018-ci il yanvarın 17-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək. 

Son xəbərlər

Orphus sistemi