"Kəpəz" ev oyunlarını Qəbələdə keçirəcək

"Kəpəz" ev oyunlarını Qəbələdə keçirəcək Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.
Futbol
12 Avqust , 2022 18:11
Kəpəz ev oyunlarını Qəbələdə keçirəcək

"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasında ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, Gəncə şəhər stadionu çempionat matçlarını keçirməyə hazır olmadığı üçün bölgə klubu növbəti bildirişədək rəqiblərini Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqadakı ilk ev oyununu "Dalğa Arena"da "Zirə"yə qarşı keçirib və 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi