"Kəpəz" Çempionlar Liqasında "Qarabağ"a qarşı oynamış futbolçu ilə müqavilə bağlayacaq

"Kəpəz" Çempionlar Liqasında "Qarabağ"a qarşı oynamış futbolçu ilə müqavilə bağlayacaq "Samtredia"nın yarımmüdafiəçisi Gəncə komandasının düşərgəsindədir
Futbol
9 Yanvar , 2018 14:23
Kəpəz Çempionlar Liqasında Qarabağa qarşı oynamış futbolçu ilə müqavilə bağlayacaq

Bakı. 9 yanvar. REPORT.AZ/ “Kəpəz”in qış fasiləsində heyətinə qatacağı daha bir futbolçu müəyyənləşib.

Bu barədə “Report”a Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, Gürcüstan çempionu “Samtredia”nın futbolçusu Giuli Manjqaladze artıq komandanın düşərgəsindədir. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik və ya 6 aylıq müqavilə bağlanılacaq.

Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.

Son xəbərlər

Orphus sistemi