"Kəpəz" - "Binə" oyununun yeri dəyişdirilib

"Kəpəz" - "Binə" oyununun yeri dəyişdirilib Dəyişiklik Gəncə klubunun müraciəti əsasında baş tutub
Futbol
26 Noyabr , 2017 03:56
Kəpəz - Binə oyununun yeri dəyişdirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ "Kəpəz" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Binə" ilə matçının yerinin dəyişdirilməsini xahiş edib.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər" ev oyunlarını keçirdiyi Gəncə Şəhər Stadionunda qarşılaşmaların ardıcıl reallaşdığını əsas gətirərək belə bir addım atıblar.

"Kəpəz" klubunun müraciətini və "Binə"nin razılığını əsas götürən PFL "Kəpəz" – "Binə" oyununun noyabrın 29-da "Dalğa Arena"da keçirilməsinə qərar verib.

Son xəbərlər

Orphus sistemi