"Kəpəz" Azərbaycan millisinin futbolçusundan məhrum olub

"Kəpəz" Azərbaycan millisinin futbolçusundan məhrum olub Namiq Ələsgərov zədələnib
Futbol
11 Aprel , 2016 12:24
Kəpəz Azərbaycan millisinin futbolçusundan məhrum olub

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”la oyunda zədələnən “Kəpəz”in futbolçusu Namiq Ələsgərov iki həftəlik sıradan çıxıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinə qarşı oyunu sonadək davam etidrə bilməyib əvəzlənən yarımmüdafiəçinin vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gəlib. 

Əzələsi dartılan futbolçu aprelin sonlarınadək Gəncə klubuna kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan Namiq Ələsgərov müqavilə ilə "Qarabağ"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi