Bakı. 18 yanvar. REPORT.AZ/ “Kəpəz” futbol komandası Azərbaycan Premyer Liqasındakı qış fasiləsi dövründə hazırlığın Bakı mərhələsini başa vuraraq Türkiyəyə yollanıb.
"Report"un məlumatına görə, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq.
“Kəpəz” qonşu ölkədə taktiki və texniki çalışmalar üzərində işləməklə yanaşı, yoxlama oyunları da keçirəcək. Komanda Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Sitizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. Antalya toplanışı fevralın 2-də yekunlaşacaq.
Qeyd edək ki, "Kəpəz"dən əvvəl Azərbaycan Premyer Liqasındakı klublardan "Qəbələ", "Qarabağ" və "Neftçi" də qonşu ölkəyə yollanıb. Həftəsonunadək "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə" də Bakını tərk edəcək.