"Kəpəz" Antalyada Cənubi Koreya klubu ilə qarşılaşacaq

"Kəpəz" Antalyada Cənubi Koreya klubu ilə qarşılaşacaq Sonuncu rəqib müəyyənləşib
Futbol
15 Yanvar , 2018 11:49
Kəpəz Antalyada Cənubi Koreya klubu ilə qarşılaşacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyə toplanışı müddətində “Kəpəz” futbol komandasının yoxlama oyunundakı son rəqibi müəyyənləşib. 

"Report" xəbər verir ki, Gəncə klubu Antalyada Cənubi Koreyanın “Daejeon Citizen” komandası ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də baş tutacaq.

Qeyd edək ki, “sarı-göylər” qonşu ölkədə dörd yoxlama görüşü keçirəcək. Rəqiblərdən üçü bir müddət öncədən müəyyənləşib. "Kəpəz" yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), yanvarın 28-də “Yagelloniya” (Belostok, Polşa) və yanvarın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi