​"Kəpəz" 16 futbolçu ilə müqavilə imzalayıb

​"Kəpəz" 16 futbolçu ilə müqavilə imzalayıb Komandaya 5 yeni futbolçu cəlb olunub
Futbol
31 May , 2016 09:40
​Kəpəz 16 futbolçu ilə müqavilə imzalayıb

Bakı. 31 may. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu 5 yeni futbolçu ilə müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rəvan"dan Novruz Məmmədov, "Xəzər Lənkəran"dan Vüqar Bəybalayev və Tural Qürbətov, "Zirə"dən Nicat Qurbanov və "Ağsu"dan Davud Kərimi bundan sonra "sarı-göylər"də çıxış edəcək.

Baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən, 11 oyunçu ilə müqavilə müddəti artırılıb. Qapıçılar Tadas Simaitis və Eyyub Əliyev, müdafiəçilər Tural Axundov, Tural Nərimanov və Azad Kərimov, yarımmüdafiəçilər Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov və Kərim Diniyev, hücumçular Tural Rzayev və Julien Ebahla anlaşmalar yenilənib.

Onların hamısı ilə 1 illik sövdələşmə əldə olunub. Bu futbolçulardan əlavə, hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənib.

Əvəzində klub 6 futbolçu ilə yollarını ayırıb. Onlar Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov və Junior Osvaldodur. Bu futbolçuların "Kəpəz"lə olan müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqada 2015/2016 mövsümünü 56 xalla 5-ci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi