Keçmiş komandası Mxitaryanı sıradan çıxardı

Keçmiş komandası Mxitaryanı sıradan çıxardı İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan zədələnib
Futbol
180
12 Mart , 2021 01:16
Keçmiş komandası Mxitaryanı sıradan çıxardı

İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan zədələnib.

"Report"un məlumatına görə, erməni yarımmüdafiəçi Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə Avropa Liqasının ilk 1/8 final matçı zamanı sıradan çıxıb.

31-ci dəqiqədə ayağından zərbə alan 32 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 4 dəqiqə sonra Borxa Mayoralla əvəzlənib.

Hazırda görüşdə 2-ci hissə oynanılır və ev sahibi "Roma" 1:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Henrik Mxitaryan 2010 - 2013-cü illərdə Donetsk təmilçisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi