Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Sergey Rebrov Türkiyənin "Fənərbağça" komandasına rəhbərlik edə bilər.
"Report"un "Fotospor"a istinadən məlumatına görə, klub prezidenti Ali Koç agentlərə 45 yaşlı mütəxəssisin namizədliyini ciddi nəzərdən keçirməyi tapşırıb. Rebrov müqavilə üzrə İngiltərə "Tottenhem"inə məxsus hücumçu kimi 2002 - 2004-cü illərdə icarə əsasında "Fənərbağça"nın formasını geyinib və 38 matçda 4 qolun müəllifi olub. Ukraynalı sabiq futbolçu "Ferentsvaroş"a 2018-ci ildən rəhbərlik edir.
Daha əvvəl o, Kiyev "Dinamo"su və Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının da sükanı arxasında olub. Ötən il "Ferentsvaroş" Rebrovun rəhbərliyi altında Macacıstan çempionu olub. Bu mövsüm isə Budapeşt təmsilçisi 23 oyundan 53 xalla liderdir.
Qeyd edək ki, "Fənərbağça" martın 4-də Ersun Yanalın istefa verməsindən sonra baş məşqçisizdir.