Keçmiş futbolçuları Belçika klubunu xilas etdi

Keçmiş futbolçuları Belçika klubunu xilas etdi Belçikanın Standard klubunun peşəkar statusdan məhrum edilməsinə dair qərardan apellyasiyası təmin olunub.
Futbol
6 May , 2020 23:59
Keçmiş futbolçuları Belçika klubunu xilas etdi

Belçikanın "Standard" klubunun peşəkar statusdan məhrum edilməsinə dair qərardan apellyasiyası təmin olunub.

"Report"un məlumatına görə, Lyej şəhərinin təmsilçisini dağılma təhlükəsindən keçmiş futbolçuları Maruan Fellaini və Aksel Vitsel xilas edib. Hazırda Çinin "Şandun Lunen" klubunda forma geyinən Fellaini "Standard" rəhbərliyinə 3 milyon avro borc verib. Almaniyanın "Borussiya" (Dortmund) komandasında oynayan Vitselin cəlb etdiyi sponsorlar isə Lyej stadionunun ad hüququnu alıblar.

Maruan Fellaini və Aksel Vitsel
Maruan Fellaini və Aksel Vitsel

Bununla da Belçika hökumətinin klubu peşəkar statusdan məhrum etmək istəyi boşa çıxıb.

Qeyd edək ki, Maruan Fellaini 2004 - 2006-cı, Aksel Vitsel isə 2006 - 2011-ci illərdə "Standard"ın şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi