Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub

Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
17 Avqust , 2021 19:20
Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub
Hikmet Karaman

Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" DHA-ya istinadən xəbər verir ki, Superliqa təmsilçisinin sükanı arxasına Hikmet Karaman gətirilir.

Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. 61 yaşlı mütəxəssis bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Yalçın Koşukavakı əvəzləyəcək.

Qeyd edək ki, "Kayserispor" birinci turda səfərdə "Altay"a 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi