"Kayrat" klubunun sahibi saxlanılıb

"Kayrat" klubunun sahibi saxlanılıb Qazaxıstanın "Kayrat" futbol klubunun sədri Kayrat Boranbayev saxlanılıb.
Futbol
120
16 Mart , 2022 13:18
Kayrat klubunun sahibi saxlanılıb

Qazaxıstanın "Kayrat" futbol klubunun sahibi Kayrat Boranbayev saxlanılıb.

"Report" "KazTAG" nəşrinə istinadən xəbər verir ki, Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı funksioneri Almatıda tutub.

Boranbayev müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onun iştirakı ilə istintaq tədbirlərinin keçiriləcəyi bildirilib.

O, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.

Qeyd edək ki, Kayrat Boranbayev "Kayrat" klubunun sahibidir.

Son xəbərlər

Orphus sistemi