"Kayrat" klubunda "Qarabağ"la oyundan əvvəl qalmaqal yaşanıb

"Kayrat" klubunda "Qarabağ"la oyundan əvvəl qalmaqal yaşanıb Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyevlə oyunçular arasında anlaşmazlıq yaşanıb.
Futbol
2841
14 Oktyabr , 2021 10:17
Kayrat klubunda Qarabağla oyundan əvvəl qalmaqal yaşanıb

Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyevlə oyunçular arasında narazılıq yaşanıb.

"Report" Rusiyanın "Championat" nəşrinə istinadən xəbər verir ki, oyunçular 69 yaşlı mütəxəssisdən daha çox şey gözləyirlər.

Onlar baş məşqçinin müdafiə futbolu oynatmasını qəbul edə bilmirlər. Futbolçular hətta autsayderlərlə görüşlərdə də belə oyun üslubunun seçilməsindən narazı qalıblar.

Berdıyev komandaya 5-li müdafiə üslubu aşılayır. Bu isə azarkeşləri qəzəbləndirir. Onlar türkmənistanlı mütəxəssisi ilk iki oyundan sonra fitə basıblar və hücum futbolu oynadan əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını tələb ediblər.

Digər tərəfdən komanda çempionluq şansını faktiki itirib. Çempionatın sonuna 3 tur qalmış "Kayrat" lider "Astana"dan 9 xal geri qalır. Klub rəhbərliyi isə Berdıyevi baş məşqçi postuna təyin edərkən ondan qızıl medal gözləyib. Onunla müqavilə yarım illik - mövsümün sonunadək nəzərdə tutulsa da, sözləşmədə daha iki il uzadıla bilməsi şərti də yer alıb. Hələlik onun komandadan gedişi müzakirə mövzusu deyil. Lakin baş məşqçi qarşısına qoyulan tapşırıqları yerinə yetirə bilməyib.

Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi