"Kayrat"ın futbolçusu: "Qarabağ" yaxşı təşkilatlanmış komandadır"

"Kayrat"ın futbolçusu: "Qarabağ" yaxşı təşkilatlanmış komandadır" "Qarabağ" təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik".
Futbol
20 Oktyabr , 2021 18:42
Kayratın futbolçusu: Qarabağ yaxşı təşkilatlanmış komandadır

"Qarabağ" təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Denis Polyakov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı belaruslu müdafiəçi bildirib ki, futbol komanda oyunudur: "Rəqibin yaxşı hücum xəttinə malik olduğunu bilirik. "Qarabağ" yaxşı təşkilatlanmış kollektivdir".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi