"Kayrat" 16 ildən sonra Qazaxıstan çempionu oldu

"Kayrat" 16 ildən sonra Qazaxıstan çempionu oldu "Kayrat" komandası vaxtından əvvəl futbol üzrə Qazaxıstan çempionu olub.
Futbol
3 Noyabr , 2020 15:24
Kayrat 16 ildən sonra Qazaxıstan çempionu oldu

"Kayrat" komandası vaxtından əvvəl futbol üzrə Qazaxıstan çempionu olub.

"Report" xəbər verir ki, Almatı təmsilçisi 17-ci turda "Ordabası" ilə üz-üzə gəlib.

Qarşılaşma "Kayrat"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Kayrat" 2004-cü ildən bəri ilk dəfə ölkə çempionu olub. Komanda 17 turdan sonra 44 xal toplayıb, ikinci sırada qərarlaşan və iki oyun az keçirən "Astana"nın 27 xalı var. Çempionatda ümumilikdə 11 komanda mübarizə aparır.

Qeyd edək ki, bu, "Kayrat"ın üçüncü çempionluğudur. Almatı komandası ilk dəfə 1992-ci ildə qızıl medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi