Kaxaber Tsxadadze Azərbaycan millisinin növbəti rəqibinin oyununu dəyərləndirib

Kaxaber Tsxadadze Azərbaycan millisinin növbəti rəqibinin oyununu dəyərləndirib "Malta yığması kollektiv oyuna üstünlük verir"
Futbol
11 Mart , 2015 11:56
Kaxaber Tsxadadze Azərbaycan millisinin növbəti rəqibinin oyununu dəyərləndirib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın "İnter" klubunun və Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze hər iki ölkənin futbol millisi ilə üz-üzə gələcək Malta yığması barədə fikirlərini bildirib. "Report"un məlumatına görə, K.Tsxadadze martın 25-də keçirəcəkləri qarşılaşmada diktə edən tərəf olacaqlarını açıqlayıb.

47 yaşlı mütəxəssis bunu rəqibin ehtiyatlı oynaması ilə əlaqələndirib: "Mən Maltanın oyununu görmüşəm. Bilirəm ki, rəqib ikinci nömrə altında çıxış edir və kollektiv oyuna üstünlük verir. Bu səbəbdən, yoldaşlıq görüşündə aparıcı qüvvəni biz təşkil etməliyik. Standart vəziyyətlərə də diqqət yetirməliyik".

Qeyd edək ki, Malta martın 25-də Tiflisdə Gürcüstan yığması ilə yoldaşlıq görüşündə, martın 28-də isə Bakıda Azərbaycan millisi ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi