Kasilyas "Real Madrid"ə qayıtdı

Kasilyas "Real Madrid"ə qayıtdı İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Real Madrid"ə qayıdıb.
Futbol
22 Dekabr , 2020 15:08
Kasilyas Real Madridə qayıtdı
İker Kasilyas

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Real Madrid"ə qayıdıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı keçmiş qolkiper klub fondunda baş direktorun müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, İker Kasilyas son olaraq Portuqaliyanın "Portu" klubunun formasını geyinib. Karyerasını bu il başa vuran keçmiş oyunçu 1998-2015-ci illərdə "Real Madrid"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi