Kasilyas karyerasını bitirdi

Kasilyas karyerasını bitirdi Portuqaliya Portusunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını başa vurub.
Futbol
20 Fevral , 2020 00:16
Kasilyas karyerasını bitirdi

Portuqaliya "Portu"sunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını başa vurub.

"Report"un "Goal.com"a istinadən məlumatına görə, xəbəri klubun prezidenti Jorje Nunu Pintu da Koşta da təsdiqləyib. 

Kasilyas 2019-cu ilin mayında keçirdiyi infarktdan sonra çıxışlarını bərpa etməyəcək. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, İker Kasilyas "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. 

Son xəbərlər

Orphus sistemi