İtaliyanın “Napoli” komandasının baş məşqçisi postundan istefaya göndərilən Karlo Ançelottinin yeni iş yeri müəyyənləşib.
“Report”un verdiyi məlumata görə, 60 yaşlı italiyalı mütəxəssis İngiltərə təmsilçisi “Everton”a rəhbərlik edəcək. Onunla 4,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Ançelotti “Napoli” ilə yanaşı, vətənində “Recina”, “Parma”, “Yuventus” və “Milan”, eləcə də İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid”, Fransanın PSJ və Almaniyanın “Bavariya” komandalarının baş məşqçisi olub.