Karlo Ançelotti mövsümün sonunadək futboldan kənarda qalacaq

Karlo Ançelotti mövsümün sonunadək futboldan kənarda qalacaq "Mənim heç bir klubum yoxdur"
Futbol
2 Oktyabr , 2017 23:55
Karlo Ançelotti mövsümün sonunadək futboldan kənarda qalacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Münhenin "Bavariya" klubundan istefaya göndərilən məşhur italiyalı mütəxəssis Karlo Ançelotti mövsümün sonuna qədər istirahət edəcəyini təsdiq edib.

"Report" xəbər verir ki, bunu o, "Football Italia" nəşrinə müsahibəsində bildirib.

"Mən növbəti on ayı istirahət edəcəyəm, odur ki, mənim heç bir klubum yoxdur", — deyə məşqçi qeyd edib.

O, komanda liderləri ilə münaqişə fonunda "Bavariya"dan istefaya göndərilməsi ilə bağlı xəbərlərə belə münasibət bildirib:

"Yaxşısı budur, mən danışmayım".

Son xəbərlər

Orphus sistemi