Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelotti daha 10 il "kral klubu"na rəhbərlik edə biləcəyini açıqlayıb.
Futbol
200
3 May , 2022 15:40
Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb

İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelotti daha 10 il "kral klubu"na rəhbərlik edə biləcəyini açıqlayıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis "Amazon Prime" telekanalına müsahibəsində Madrid təmsilçisinin məşqçilik karyerasındakı sonuncu klub olacağını bildirib.

Ançelotti Kanada millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də toxunub: "Yəqin ki, müqaviləm başa çatanda "Real Madrid"dən ayrılacağam. Amma klub rəhbərliyi istəsə, burada daha 10 il qala bilərəm. Gələcəkdə yığmada işləmək variantlardan biridir. Kanada millisi? Niyə də olmasın?! Mən istərdim".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi