“Kardiff Siti” və “Nant” klubları Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər

“Kardiff Siti” və “Nant” klubları Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər Bakı. 21 fevral. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” və Fransanın “Nant” klubları təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər.
Futbol
21 Fevral , 2019 14:32
“Kardiff Siti” və “Nant” klubları Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” və Fransanın “Nant” klubları təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər.

“Report” “The Independent” nəşrinə istinadən xəbər verir ki, fransızlar 5 milyon funt sterlinq məbləğində ilk ödəmənin bir həftə təxirə salınmasına etiraz etməyiblər. Uelslilər 29 yaşında dünyasını dəyişən hücumçunun transfer üçün nəzərdə tutulan məbləğin 1/3-ni fevralın 20-dək verməli idilər. Lakin “Kardiff Siti” rəhbərliyi “Nant”dan futbolçunun faciəvi ölümü ilə bağlı istintaqın nəticələrini gözləməyi xahiş edib.

Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi