Karantin qaydalarını pozan futbolçular cərimələndi

Karantin qaydalarını pozan futbolçular cərimələndi Almaniya Futbol Liqası (DFL) Dortmund Borussiyasının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.
Futbol
5 İyun , 2020 19:03
Karantin qaydalarını pozan futbolçular cərimələndi

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon SançoManuel Akancini cərimələyib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı.

Son xəbərlər

Orphus sistemi