Kannavaronun keçmiş klubu müflis oldu

Kannavaronun keçmiş klubu müflis oldu Çinin “Tyantszin Tyanxay” futbol komandası Super Liqada iştirak etməyəcək.
Futbol
102
12 May , 2020 11:38
Kannavaronun keçmiş klubu müflis oldu

Çinin “Tyantszin Tyanxay” futbol komandası Super Liqada iştirak etməyəcək. 

"Report" "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, klub mayın 11-də iflasa uğradığını və milli çempionatdan kənarlaşdığını açıqlayıb. Komandanın yerinə liqaya mövsümün nəticələrinə əsasən "Şençjen"in keçəcəyi gözlənilir. 

Qeyd edək ki, “Tyantszin Tyanxay” 2006-cı ildə təsis edilib. İtaliyalı dünya çempionu Fabio Kannavaro 2016/2017 mövsümündə bu komandanın baş məşqçisi olub. Heyətdə isə Aksel Vitsel, Aleksandro Pato, Luis Fabiano, Antoni Modest kimi oyunçular çıxış edib. Komanda ötən mövsüm Çin çempionatını 14-cü pillədə bitirib. Cari mövsümün startı koronavirus pandemiyasına görə təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi