​Kanadanın baş məşqçisi Azərbaycanla oyundan danışıb

​Kanadanın baş məşqçisi Azərbaycanla oyundan danışıb "Bütün bunlar növbəti oyunlarda bizim üçün faydalı olacaq"
Futbol
28 May , 2016 10:34
​Kanadanın baş məşqçisi Azərbaycanla oyundan danışıb

Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə Kanada milli komandasının baş məşqçisi Benito Floro Azərbaycan və Özbəkistanla yoldaşlıq görüşləri barədə danışıb.

"Report"un məlumatına görə, Kanada Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında 64 yaşlı mütəxəssis hər iki qarşılaşmanın komandası üçün çox yaxşı test xarakteri daşıyacağını bildirib.

Onun fikrincə, Avropa toplanışı yığma üçün vacibdir: "Çünki bu, komandamız və onun xətlərarası əlaqələri üçün yeni strukturu təcrübədən keçirmək və yaratmaq imkanı verəcək. Hər bir toplanışda onlar daha çox öyrənə və müsbət metodları təcrübədən keçirə bilərlər. Bütün bunlar növbəti oyunlarda bizim üçün faydalı olacaq".

Qeyd edək ki, Avstriyada keçiriləcək Kanada - Azərbaycan matçı iyunun 3-də saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi