Kamran Quliyev: "Honda Azərbaycan futbolu ilə tanışdır"

Kamran Quliyev: "Honda Azərbaycan futbolu ilə tanışdır" "Onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib"
Futbol
15 Mart , 2021 17:27
Kamran Quliyev: Honda Azərbaycan futbolu ilə tanışdır
Kamran Quliyev

"Honda "Neftçi" haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev yaponiyalı futbolçusu Keysuke Hondanın təqdimat mərasimində deyib.

Funksioner ulduz yarımmüdafiəçinin Azərbaycan yığmasına qarşı oynadığını xatırladıb: "Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib".

Son xəbərlər

Orphus sistemi