Kamran Ağayev zədələnib

Kamran Ağayev zədələnib "Səbail" komandasının qapıçısı Kamran Ağayev "Sabaha qarşı Premyer Liqanın XIV tur oyununu buraxacaq.
Futbol
16 Dekabr , 2021 15:32
Kamran Ağayev zədələnib
Kamran Ağayev

"Səbail" komandasının qapıçısı Kamran Ağayev "Sabah"a qarşı Premyer Liqanın XIV tur oyununu buraxacaq.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 35 yaşlı qolkiper zədə səbəbindən meydana çıxa bilməyəcək.

Təcrübəli oyunçunun topuğunda şiş aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, qarşılaşma saat 16:30-da başlayacaq. Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi