Kamran Ağayev və Emin Mahmudov "Boavişta"nın oyununda ehtiyatda qalıblar

Kamran Ağayev və Emin Mahmudov "Boavişta"nın oyununda ehtiyatda qalıblar Baş məşqçi Migel Leal start heyətdə Vaqnerə şans verib
Futbol
12 fevral 2017 22:56
Kamran Ağayev və Emin Mahmudov Boaviştanın oyununda ehtiyatda qalıblar

Bakı. 13 fevral. REPORT.AZ/ "Boavişta" klubu Portuqaliya çempionatının XXI tur matçında "Braqa"nı qəbul edib.

"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində yer alan Azərbaycan milli komandasının oyunçuları Kamran Ağayevlə Emin Mahmudov ehtiyatda qalıblar.

K. Ağayevin 3 oyunluq cəzasının artıq başa çatmasına baxmayaraq, o və E. Mahmudov ehtiyat oyunçular skamyasında yer alıb. Emindən fərqli olaraq Kamran "Boavişta"da ilk dəfə ehtiyatda olub. Baş məşqçi Migel Leal start heyətdə Vaqnerə şans verib.

Oyun isə 1:1 hesablı bərabərliklə nəticələnib. Meydan sahibləri buraxdıqları erkən qola fasiləyədək cavab verə biliblər.

21 oyundan sonra "Boavişta" 26 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kamran Ağayev "Benfika" ilə XVII tur qarşılaşmasında rəqib futbolçularla insidentə görə Portuqaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi