Kamran Ağayev Azərbaycan millisində işləyəcək

Kamran Ağayev Azərbaycan millisində işləyəcək AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.
Futbol
11 Yanvar , 2022 14:26
Kamran Ağayev Azərbaycan millisində işləyəcək
0 : 00
0 : 00

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

"Report" xəbər verir ki, E.Məmmədov karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edə ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyunda meydanda olub.

Son xəbərlər

Orphus sistemi