Kamran Ağayev karyerasını bitirir

Kamran Ağayev karyerasını bitirir Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.
Futbol
1333
10 Yanvar , 2022 17:22
Kamran Ağayev karyerasını bitirir
Kamran Ağayev
0 : 00
0 : 00

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı qolkiper qapıçılarla iş üzrə məşqçi Fərhad Vəliyev vasitəsi ilə xəbər göndərib: "Özüm Kamranla görüşməmişəm. Bu gün axşam məşqində onunla bu barədə danışacağam".

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 - 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi