Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağlayıb

Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağlayıb O, yeni komandasında 30 nömrəli forma geyinəcək
Futbol
27 İyul , 2017 13:48
Kamran Ağayev Çexiyanın Mlada Boleslav klubu ilə müqavilə bağlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağlayıb.

"Report"un məlumatına görə, 31 yaşlı qolkiper 1+1 illik sözləşməyə imza atıb.

Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.

O, yeni komandasında 30 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Kamran Ağayev son mövsümü Portuqaliyanın “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub.

Son xəbərlər

Orphus sistemi