Kamal Bayramov: "Kuboka tam ciddi hazırlaşacağıq"

Kamal Bayramov: "Kuboka tam ciddi hazırlaşacağıq" Oyuna yaxşı hazırlaşmışdıq. Amma birinci hissə istədiyimiz kimi alınmadı. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Etdiyimiz səhvlər və buraxdığımız qollar komandaya psixoloji təsir etdi. İkinci hissədə isə bir az toparlandıq. Vurduğumuz qollardan sonra kiçik səhvlərimiz hesabın böyük olmasına gətirib çıxardı.
Futbol
7 Aprel , 2019 01:42
Kamal Bayramov: Kuboka tam ciddi hazırlaşacağıq

"Oyuna yaxşı hazırlaşmışdıq. Amma birinci hissə istədiyimiz kimi alınmadı. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Etdiyimiz səhvlər və buraxdığımız qollar komandaya psixoloji təsir etdi. İkinci hissədə isə bir az toparlandıq. Vurduğumuz qollardan sonra kiçik səhvlərimiz hesabın böyük olmasına gətirib çıxardı".

"Report" xəbər verir ki, bunu "Zirə"nin qapıçısı Kamal Bayramov Premyer Liqanın XXIII turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

34 yaşlı qolkiper kollektivin indiyədək belə səhvlər etmədiyini vurğulayıb: "Belə epizodlar olmamışdı. Məsələn top oyunçunun ayağının altından keçir. Bunu bəxtsizliklə əlaqələndirərdim".

Bununla yanaşı, Bayramov "Zirə"də özünəinamın olduğunu vurğulayıb: "İkinci hissədə də meydana çıxanda inanırdıq ki, iki top vura biləcəyik. Ən azı, bərabərliyi əldə edə bilərdik. Sadəcə istədiyimiz kimi alındıra bilmədik. Qol vurduqdan sonra buraxdığımız səhvlər belə nəticəyə gətirib çıxartdı".

Qapıçı qarşılaşmada futbolçuların aqressiv olmasından da danışıb: "Neftçi" ilə oyunlarımız həmişə aqressiv keçib. Bu bizdən asılı olan bir şey deyil. Statistikaya baxanda rəqibi daha çox məğlub etmişik. Bəlkə də bu, onlarda aqressiya yaradır. Rəqib aqressiv olanda istər-istəməz sən də aqressiv olursan. Oyundan sonra baş verənlərə gəlincə, mən uzaqda idim. Yaxınlaşdım və sakitləşdirməyə çalışdıq. Nəyin necə baş verdiyini bilmədim. Paltardəyişmə otağına isə baş məşq girdi və bildirdi ki, futbol haqqında heç kim heç nə danışmasın".

Bayramov artıq ölkə kubokundan Avropa Liqasına vəsiqə qazana biləcəklərini deyib: "Kuboka tam ciddi hazırlaşacağıq. Çempionat görüşlərində isə yola vermək kimi bir söhbət olmayacaq. Kubok matçına kimi oyunumuzu düzəltmək və tapmaq üçün mübarizəmizi necə lazımdırsa, aparacağıq".

Son xəbərlər

Orphus sistemi