Bakı. 20 dekabr. REPORT.AZ/ "Milan"ın baş direktoru Marko Fassone bildirib ki, braziliyalı "Qızıl top" sahibi Kaka direktor qismində kluba qayıda bilər.
“Report” xəbər verir ki, onun sözlərini "Football Italia" nəşri sitat gətirir.
"15 gün əvvəl Kaka və atası ilə əlaqə saxladıq. Onun öz gələcəyini və bizim "Milan"ın gələcəyini necə görməyimizlə bağlı fikir mübadiləsi apardıq. O, nə edəcəyinə qərar vermək üçün bir aylıq möhlət götürdü. Düşünürəm ki, biz Miladdan əvvəl bir daha qarşılaşacağıq və yalnız bir-birinə xoşbəxt bir Milad arzulamaq üçün deyil, həm də nağılların davam edə, sona çata, yaxud geri qayıda biləcəyini öyrənmək üçün", - deyə Fassone deyib.
Braziliyalı futbolçu bundan əvvəl karyerasını bitirdiyini elan edib.