“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib

“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib Komanda “Torino”ya məğlubiyyətdən son anda qaçıb
Futbol
7 May , 2017 02:58
“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib
Facebook

Bakı. 7 may. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu ölkə çempionatının 35-ci turunda son anda “Torino”ya məğlubiyyətdən qaça bilib.

“Report” xəbər verir ki, “Yuventus”un stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda qolları Adem Lyaiç (52-ci dəqiqə) və Qonsalo İquain (90+2) vurub.

“Yuventus” 23 sentyabr 2015-ci il tarixindən “A” Seriyasının ev oyunlarında xal itirməyib. Həmin zaman turinlilər “Frozinone” ilə heç-heçə (1:1) oynayıblar. O oyundan sonra “Yuventus” ardarda 33 oyun qələbə qazanıb. “Yuve”nin İtaliya çempionatının ev oyunlarında məğlubiyyətsizlik seriyası isə 36 matçdır davam edir.

Son xəbərlər

Orphus sistemi