Joze Mourinyo "Tottenhem"in baş məşqçisi təyin olunub

Joze Mourinyo "Tottenhem"in baş məşqçisi təyin olunub Joze Mourinyo İngiltərənin Tottenhem komandasının baş məşqçisi təyin olunub.
Futbol
20 Noyabr , 2019 10:59
Joze Mourinyo Tottenhemin baş məşqçisi təyin olunub

Joze Mourinyo İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi təyin olunub.

"Report" London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssis ilə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlanılıb.

O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılan Mourinyo “Çelsi”yə də rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid”in sükanı arxasında olub.

Son xəbərlər

Orphus sistemi