Joze Mourinyo "Mançester Siti"nin qapıçısı ilə dalaşıb

Joze Mourinyo "Mançester Siti"nin qapıçısı ilə dalaşıb "Mançester Yunayted"in baş məşqçisi qapıçı Edersonun başına plastik qab çırpıb
Futbol
11 Dekabr , 2017 11:14
Joze Mourinyo Mançester Sitinin qapıçısı ilə dalaşıb

Bakı. 11 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin qapıçısı Edersonla dalaşıb. 

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, hadisə iki komanda arasında keçirilmiş İngiltərə Premyer Liqasının XVI tur matçından sonra baş verib.

"Şəhərlilər"in 2:1 hesablı qələbəni çılğınlıqla qeyd etməsi Mourinyonun xoşuna gəlməyib. Portuqaliyalı mütəxəssis qonaq komandanın paltardəyişmə otağına yaxınlaşaraq, onları sakitləşdirmək istəyib. Lakin onun cəhdi Edersonla söz savaşına səbəb olub. Bu zaman Mourinyo əsəblərinə hakim ola bilməyib və braziliyalı qolkiperin başına plastik qab çırpıb.

Toqquşma nəticəsində "Mançester Siti"nin köməkçi-məşqçisi Mikel Arteta da zərər çəkib. Onun qaşı açılıb.

Qeyd edək ki, səfər qələbəsi sayəsində lider "Mançester Siti" xallarını 46-ya çatdıraraq, ikinci pillədəki "Mançester Yunayted"dən 11 xal uzaqlaşıb. 

Son xəbərlər

Orphus sistemi