Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb - VİDEO

Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb - VİDEO Onun "Kristal Pelas"a dabanı ilə vurduğu qol ilin ən gözəl qolu seçilib
Futbol
23 oktyabr 2017 21:02
Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun forvardı Olivye Jirunun "Kristal Pelas"ın qapısına dabanı ilə vurduğu qol FİFA versiyası üzrə 2017-ci ilin ən gözəl qolu seçilib.

“Report” xəbər verir ki, Jiru 2009-cu ildən (cinsindən asılı olmayaraq) ilin ən gözəl qolunu vurmuş futbolçuya verilən Ferents Puşkaş adına mükafata layiq görülüb.

Bunadək sözügedən titula Kriştianu Ronaldu, Həmid Altıntop, Neymar, Miroslav Stox, Zlatan İbrahimoviç, Hames Rodriqes, Faiz Subri Vendell Lira sahib çıxıb.

Puşkaş mükafatına Jiru ilə yanaşı Deyna Kastelyanos (Venesuelanın qadınlardan ibarət U-17 yığması, 24.10.2016) və qapıçı Oskarine Masulukenin ("Baroka", 04.12.2016) qolları iddialı idi.

Son xəbərlər

Orphus sistemi